İsrail ordusu iki girovun cəsədini tapıb
İsrail ordusu 7 oktyabr 2023-cü ildə HƏMAS hücumu zamanı Qəzzada girov götürülən iki israilli-amerikalının – 70 yaşlı Cudi Vaynşteyn Haqqai və 72 yaşlı əri Qadi Haqqainin cəsədini tapıb. Onlar Kibbutz Nir Oz bölgəsinə hücum zamanı öldürülüb və cəsədləri Xan Yunisdə aşkar olunaraq İsrailə gətirilib.
Hazırda HƏMAS-ın əlində 56 girov qalır, onların təxminən 20-nin sağ olduğu güman edilir. Netanyahu cütlüyün ailəsinə başsağlığı verib və girovların hamısı evə qaytarılana qədər mübarizənin davam edəcəyini bildirib.
İsrail ordusunun məlumatına görə, cəsədlər dəqiq kəşfiyyat əməliyyatı nəticəsində tapılıb. Girovların azad edilməsi üçün yeni atəşkəs razılaşması çağırışları edilir.
İndiyədək 199 girov qaytarılıb, HƏMAS-ın nəzarətində olan Qəzzada isə müharibə nəticəsində 54 min nəfərdən çox insan ölüb. Atəşkəs təklifləri üzərində danışıqlar davam edir, lakin tərəflər arasında fikir ayrılığı qalır.
Mənbə: BBC
Türkan Kərimli