İsrail ordusu Livana hava zərbələri endirib
Səhər hücumundan sonra İsrail ordusu bu gün günortadan sonra Livanın şərqindəki Bekaa bölgəsinə və cənubundakı Nəbatiyyə şəhərinə yeni hava zərbələri endirib.
İsrail ordusu son hücumda Livanın şərqindəki Beka bölgəsindəki Hizbullah hədəflərinin hədəf alındığını bildirib. Hücumda Hizbullahın silah istehsal və saxlama obyektinin hədəf alındığı iddia edilib. İsrail ordusu ölkənin cənubunda yerləşən Nəbatiyə şəhərinin Əl-Zərariyyə qəsəbəsində də bir əraziyə zərbələr endirib.Bölgədə Hizbullah infrastrukturunun hədəf alındığı və Hizbullahın bölgədə mövcudluğunun İsrail ilə Livan arasında razılaşmanın pozulması olduğu irəli sürülüb.İsrail ordusu ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı hücumlarını davam etdirməklə hədələyib.
Səhər saatlarında İsrail hava qüvvələrinin Livanın cənubunda motosikletə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub. İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubuna demək olar ki, hər gün havadan və qurudan hücumlara davam edir. İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal etməkdə davam edir.
TRT Haber
Xədicə Məhərrəmli