00:00:00
Yazar
Səadət Əlizadə
07.05.2026 19:29 15 1 dəq oxuma
Siyasət

İsrail ordusu Qəzzaya zərbə endirib

 

İsrail ordusu Qəzzaya zərbə endirib

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərbində təhlükəsizlik qərargahının mühafizə postuna zərbə endirib.

 

"İnformator.az" “The Tımes of Israel”ə istinadən xəbər verir ki, zərbə nəticəsində HAMAS-ın 3 üzvü öldürülüb.

 

Məlumata görə, hücum zamanı daha 4 HAMAS üzvü xəsarət alıb.

 

“Reuters“ isə HAMAS rəsmisi Basim Naimə istinadən xəbər verir ki, İsrailin hava zərbəsi nəticəsində ABŞ vasitəçiliyi ilə Qəzzanın gələcəyi üzrə aparılan danışıqlarda HAMAS-ın əsas iştirakçısı olan Xəlil əl-Hayyanın oğlu Azzam əl-Hayya öldürülüb. 
 

Rəsmi bildirib ki, bu zaman HAMAS-ın liderləri Qahirədə İsraillə atəşkəsin qorunmasına yönəlmiş danışıqlar aparıb.

Məlumata görə, Azzam əl-Hayya sürgündə olan Xəlil əl-Hayyanın İsrail hücumlarında ölən sayca dördüncü oğludur.

#xəbər #baki #ordusu #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər