00:00:00
Yazar
Admin User
29.10.2025 13:54 133 2 dəq oxuma
Dünya

İsrail ordusu Qəzza şəhərinə güclü aviazərbələr endirib

İsrail ordusu Qəzza şəhərinə güclü aviazərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib. Al Jazeera-nın məlumatına görə, zərbələrdən biri şəhərin şimalındakı Əl-Şifa tibb mərkəzini hədəf alıb. Al Mayadeen isə İsrailin Qəzzanın qərbindəki Əl-Şati qaçqın düşərgəsinə də hücum etdiyini bildirib. Qeyd olunur ki, Baş nazir Benyamin Netanyahu ordunu Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyə” çağırıb. Bu qərar, İsrail ordusunun hücuma məruz qalması və HƏMAS-ın girovlara dair razılaşmanı pozması fonunda qəbul edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kazım Kazımov bildirib ki, Əl-Şifa xəstəxanasının vurulmağını düzgün hesab etmirəm:

 

"Çünki xəstəxanalar heç vaxt hərbi qüvvələrin hədəfi olmamalıdır. İsrail daha öncə də bir neçə dəfə Həmas qruplaşmasının xəstəxanada yerləşdiyini elan etmişdir. Və xatırlayırıq ki, bir çox xəstəxanalara bir çox ciddi hücumlar təşkil olunmuşdur. Çox sayda mülki vətəndaş həyatını itirib. Lakin, bu günə qədər tutarlı bir fakt yoxdur ki, həqiqətən Həmas xəstəxanaları özünə qərargah kimi seçib. Bundan əlavə onu da demək lazımdır ki, hər dəfə atəşkəsi bəhanələrlə pozmaq Yaxın Şərqdə onsuz da çox kövrək olan sülhü zədələyir. Əlbəttə, Həmasın da iddiaları var, İsrailin də iddiaları var ki, qarşı tərəf bizi vurur, qarşı tərəf sözlərini yerinə gətirmir. Bu kimi hallarda o dəqiqə silaha baş vurmaq və aviazərbələr, raket zərbələri və yaxud da başqa zərbələr endirmək dogru hal deyil. Nəticə etibarilə bir mexanizm qurula bilər, bu mexanizm vasitəsi ilə meydana çıxan anlaşılmazlıqları və çətinlikləri həll etmək olar. Yoxsa hər dəfə silaha baş vurmaq düzgün deyil. Çünki bu ilk hal deyil. İsrail bir müddət öncə də 5 fələstinlini öldürüb. Bu sülhü kifayət qədər baltalayan bir nüansdır. Bunu da demək lazımdır ki, bir daha Həmas və İsrail arasında qanlı bir müharibə başlayarsa, bu müharibə çoxda uzun bir müddət davam edə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər