İsrail ordusu Qəzza şəhərinin mərkəzinə yaxınlaşıb
İsrail ordusu Qəzza şəhərini ələ keçirmə əməliyyatında şəhərin mərkəzinə yaxınlaşarkən, BBC-yə danışan Həmas üzvünün açıqlamaları küçə döyüşünün ola biləcəyi narahatlığını yaradıb.
Qəzza şəhəri İsrail tərəfindən Həmasın “son qalası” kimi xarakterizə olunur.
BBC, şəhər mərkəzindəki mərkəzi əl-Şifa xəstəxanasına təxminən 1,5 km məsafədə yerləşən Hamid Dönərində bir İsrail tankının görüntüsünü təsdiqləyib.
İsrail, “terrorçuları aradan qaldırmaq” və sağ olduğuna inanılan 20 nəfər də daxil olmaqla ümumilikdə 48 girovu xilas etmək məqsədi güddüyünü bildirir.
BBC-yə danışan bir Həmas üzvü təşkilatın minlərlə döyüşçünü şəhərə gətirmə gücündə olduğunu iddia edib.
Eyni şəxs bildirib ki, Həmasın hərbi qanadının komandiri İzzəddin əl-Həddad bütün döyüşçülərə şəhərdə toplaşmaq və “son və həlledici döyüşə” hazırlaşmaq göstərişi verib.
İsrailin ötən həftə başladığı quru əməliyyatından bəri on minlərlə fələstinli şəhəri tərk etmək məcburiyyətində qalıb.
İsrail ordusu şəhərdə 3.000-ə qədər Həmas döyüşçüsünün olduğunu təxmin edir.
BBC News
Fatimə Heydərova