İsrail ordusu Qəzza şəhərinin tam təxliyyəsini əmr edib
İsrail ordusu Qəzza şəhərinin bütün sakinlərinə dərhal təxliyə olunmağı əmr edib. IDF-nin ərəbdilli sözçüsü sosial mediada əhalini “bütün məhəllələri boşaldaraq humanitar zonalara köçməyə” çağırıb.
Əməliyyatın “böyük qüvvə ilə” aparılacağı bildirilib. İsrailin bu qərarı bir milyon insana şəhəri tərk etməyi əmr etmək deməkdir.
BMT isə xəbərdarlıq edib ki, Qəzzada heç bir yer təhlükəsiz deyil. İsrailin ən sıx məskunlaşan şəhərə nəzarəti ələ keçirmə planı beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid olunub.
Bundan başqa, İsrail hökuməti beynəlxalq media qurumlarının Qəzzada sərbəst şəkildə xəbər yaymasına icazə vermir.
BBC
Türkan Kərimli