İsrail ordusu Qəzzaya genişmiqyaslı hücuma hazırlaşır
İsrail ordusunun yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, İsrailin Qəzzaya hücumu yeni hadisə deyil, artıq uzun illərdir davam edən və müxtəlif mərhələlərdə təkrarlanan hərbi əməliyyatların davamı kimi qiymətləndirilir:
“İsrail ərazini ilhaq etmək istədiyi üçün bunu HƏMAS’ı sıradan çıxartmaq adı altında yerinə yetirir. Aparılan əməliyyatlar zamanı ölçüsüz güc istifadə olunur. İsrail ordusu mülkü obyektlərlə yanaşı mülkü şəxsləridə hədəfə alır. Bu zaman HƏMAS’ı hədəf alır və mülki şəxslərin öz yaşayış məskənlərini tərk edəcəyini planlaşdırır. Bu zaman Qəzzanın ehtiyacı olan humanitar yardımı onlara göndərmək qeyri-mümkündür. BMT, Avropa ittifaqı ölkələri İsrayilə xüsusi mövqeyini dəyişib. Fransa, İspaniya, Böyük Britaniya kimi ölkələr artıq İsrayilin Qəzza əməliyyatlarını artıq soyqırım, terror kimi qiymətləndirirlər. Rəsmi açıqlamada belə qeyd olunmasada buradakı mülki şəxslərin həyatlarını itirməsi məsələsində dilə gətirməli olurlar. Bununda ən önəmli səbəbi isə baş verən hadisələrin sosial mediaya yayılıb, etirazlara səbəb olmasıdır. İsrailin Avropa ölkələrində münasibətlərində yaranan bəzi anlaşılmazlıqlar bu ölkələrin İsrailə qarşı tutumunu dəyişməsinə səbəb olub. Sentyabr ayında Qəzzanın müstəqilliyinin elan edilməsi məsələsi müzakirə olunmağı danışılır. İstinad edirik ki, ilin sonuna qədər bir neçə ölkə Fələstinin müstəqilliyini tanıya bilər”.
Fatimə Hüseynli