İsrail ordusunun Qəzzaya hücumu
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həlak olub.
Hadisə şahidlərinin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarından etibarən müxtəlif bölgələrdə mülki yaşayış məntəqələrini, yardım gözləyən insanları və evləri hədəfə alıb. İsrail Qəzza şəhərinin şimal-qərbindəki Tuvan rayonunda Sultan ailəsinə məxsus evə hücum edib. İsrail ordusunun Şeyx Radvan məhəlləsində mülki yığıncağına təşkil etdiyi hücumda 4 fələstinli həlak olub.
İsrail ordusunun partlayıcı yüklü robotlarla bölgədəki evləri və binaları dağıtdığı, həmçinin intensiv artilleriya atəşi və pulemyot atəşi açdığı bildirilir. İsrailin Şucayyə məhəlləsinin şərq hissələrini artilleriya atəşi ilə hədəfə aldığı da bildirilib. İsrail Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində Əl-Əqsa Şəhidləri Xəstəxanası yaxınlığındakı çadır düşərgəsini də hədəfə alıb. Hücum zamanı çoxlu sayda fələstinli yaralanıb.
Qəzza zolağının cənubundakı Rəfah şəhərində yardım gözləyənləri hədəf alan İsrailin hücumu nəticəsində bir fələstinli həlak olub.
TRT Haber
Xədicə Məhərrəmli