İsrail Prezidenti: Dözülməz dərəcədə çətin səhər
İsrail prezidenti İsaak Hersoq Qəzza zolağında 21 İsrail əsgərinin öldürülməsinə görə bu səhər onlar üçün “dözülməz dərəcədə çətin” olduğunu bildirib.
İsrail prezidenti İsaak Hersoq X sosial media platformasında dünən Qəzza zolağında 21 İsrail əsgərinin öldürülməsi ilə bağlı açıqlama verib.
Qəzzada qarşıdurmaların son dərəcə ağır olduğunu bildirən Hersoq şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib.
Hersoq birliyə çağırıb və bildirib ki, bu səhər 21 əsgərin öldürülməsi səbəbindən onlar üçün "dözülməz dərəcədə çətin" olub.
Müdafiə naziri Gallantın "Çətin və ağrılı səhər" bəyanatı
Müdafiə naziri Yoav Gallant da 21 İsrail əsgərinin öldürülməsi ilə bağlı sosial media hesabından açıqlama verib.
Qəzzadan gələn xəbərlərə görə bu səhərin onlar üçün "çətin və ağrılı" olduğunu bildirən Qalant şəhid olan əsgərlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Mənbə: TRT Haber
Zəhra Həsənova
