00:00:00
Yazar
Admin User
06.10.2025 10:01 115 1 dəq oxuma
Siyasət

İsrail qüvvələrinin zərbələri yenidən alovlanır

İsrail qüvvələrinin zərbələri yenidən alovlanır

İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində 55 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Elman Telman oğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə həm sülh danışıqlarına, həm də beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərə bilər:

 

“Bu gərginliyin sülh danışıqları və beynəlxalq münasibətlərə təsiri bu cür dəyərləndirilə bilər. Hücumlar İsrail–Fələstin münaqişəsinin diplomatik həll perspektivlərini daha da zəiflədir. Tərəflər arasında etimadın tamamilə sarsılması sülh prosesini dalana salır. Regionda artan hərbi gərginlik Livan, İran və digər Yaxın Şərq ölkələrində İsrailə qarşı reaksiyaları gücləndirir, bu isə münaqişənin coğrafiyasını genişləndirmək riski yaradır. Beynəlxalq arenada isə Qərb və müsəlman ölkələri arasında siyasi qütbləşmə daha da dərinləşir".

 

Politoloq əlavə edib ki, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa İttifaqı, vəziyyətin daha da pisləşməməsi üçün konkret mexanizmlər tətbiq etməlidir:

 

“Təcili atəşkəs çağırışının edilməsi, humanitar yardım dəhlizlərinin açılması və beynəlxalq müşahidə missiyalarının bölgəyə göndərilməsi bu baxımdan effektiv ola bilər. Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) mülki əhalinin hədəf alınması hallarını araşdıraraq məsuliyyət mexanizmini işə sala bilər. Mövcud vəziyyətdə əsas prioritet sülh prosesinin bərpası, humanitar böhranın azaldılması və mülki əhalinin müdafiəsinin təmin olunmasıdır".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər