İsrail qoşunları cənubi Livanda reyd zamanı bələdiyyə işçisini öldürüb
İsrail qoşunları gecə saatlarında Cənubi Livandakı bir şəhərə basqın edərək bələdiyyə əməkdaşını öldürüb, dövlət mediası xəbər verir. Hadisə İsrailin Livandakı hücumlarını artırdığı bir vaxtda baş verib.
Xəbərə görə, dronlar və yüngül zirehli nəqliyyat vasitələri ilə müşayiət olunan İsrail əsgərləri Blida şəhərinə daxil olub və bələdiyyə binasına hücum ediblər. Hadisə zamanı orada yatdığı bildirilən bələdiyyə işçisi-İbrahim Salameh-öldürülüb.
BBC News
Gövhər Mehyəddinova