İsrail qərarına yenidən baxmalıdır
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, İsrail Qəzza zolağında hərbi əməliyyatların uzadılması ilə bağlı qərarına yenidən baxmalıdır.
Fon der Lyayen bu barədə “X” sosial şəbəkəsində İsrailin Qəzzaya müdaxilə qərarına münasibət bildirib.
Avropa Komissiyasının rəhbəri qeyd edib: “İsrail hökumətinin Qəzzada hərbi əməliyyatları uzatmaq barədə qərarına yenidən baxılmalıdır”.
O, eyni zamanda, əsirlərin azad edilməsinin və Qəzzaya təcili və maneəsiz humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.
Fon der Lyayen dərhal atəşkəsin əldə edilməsinin zəruriliyini də xüsusi qeyd edib.
Qeyd edək ki, İsrailin Təhlükəsizlik Kabineti 7 avqust axşamı keçirdiyi iclasda Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalını nəzərdə tutan yeni planı təsdiqləyib. İclasda bütün Qəzza zolağının işğalı məsələsi müzakirə olunub.
Anadolu Agency
Ayan Əsgərova