İsrail Qətərdə HƏMAS rəhbərliyinə misli görünməmiş hücum edib
İsrail çərşənbə axşamı Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan bir sıra zərbələr endirib, ABŞ-nin mühüm müttəfiqi və Qəzzadakı atəşkəs danışıqlarında əsas vasitəçinin ərazisinə misli görünməmiş hücum təşkil edib.
İsrail qeyri-adi addım ataraq, zərbələrə görə məsuliyyəti öz üzərinə götürərək bunun “Alov zirvəsi” adlı əməliyyatın bir hissəsi olduğunu bildirib. Həmas beş üzvü də daxil olmaqla altı nəfərin öldüyünü, lakin zərbənin danışıqlar aparan nümayəndə heyətini öldürə bilmədiyini söyləyib.
CNN World
Türkanə Kərimova