00:00:00
Yazar
Admin User
02.05.2025 06:35 308 1 dəq oxuma
Dünya

İsrail Qəzza yaxınlığında humanitar yardım gəmisinə PUA ilə hücum edib

İsrail Qəzza yaxınlığında humanitar yardım gəmisinə PUA ilə hücum edib

"Azadlıq Flotiliyası" gəmisi İsrail pilotsuz uçuş aparatı (PUA) tərəfindən Qəzza sahili yaxınlığında hücuma məruz qalıb.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, PUA zərbəsi nəticəsində gəmidə yanğın baş verib. Ekipaj qəza siqnalı göndərib və Kipr Hərbi Dəniz Qüvvələri buna reaksiya verib.

 

Bildirilib ki, hazırda gəmi Malta sahillərində beynəlxalq sularda lövbər salıb.

 

2024-cü ildə bir neçə ölkənin sülh tərəfdarlarının formalaşdırdığı "Azadlıq Flotiliyası" fələstinlilərə humanitar yardım çatdırmaq üçün yenidən təchiz edilmiş traulerdən istifadə edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər