İsrail Qəzza zolağını bombardman edib
İsrail sentyabrın 16-na keçən gecə Qəzza şəhərini bombardman edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədardır.
Şahidlər şəhərin ağır, amansız bombardmana məruz qaldığını bildiriblər. Evlərin dağıdıldığı, sakinlərin dağıntılar altında qaldığı bildirilir.
Məlumata görə, ölən və yaralanmaların sayı artmaqda davam edir.