İsrail Qəzzada 29 min 313 adamı öldürüb
İsrailin xalqı ac-susuz buraxdığı Qəzza zolağına hücumlarında həyatını itirən fələstinlilərin sayı son 24 saatda 118 nəfər artaraq 29 min 313-ə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 138 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada son hücumlarda 118 nəfərin həyatını itirdiyi və bölgədə ölənlərin sayının 29 min 313-ə yüksəldiyi, İsrail qüvvələrinin daha 163 Fələstinlini yaraladığı, yaralananların ümumi sayının isə 69 min 333-ə çatdığı bildirilib.
Səhiyyə Nazirliyinin açıqlamasında dağıntılar altında və yol kənarında hələ də
ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Mənbə: TRT XƏBƏR (TRT HABER)
Tərcümə edən: Lalə Qafarova
