00:00:00
Yazar
Admin User
16.09.2025 15:52 77 1 dəq oxuma
Dünya

İsrail Qəzzaya qurudan hücum edib, fələstinlilər qaçır

İsrail Qəzzaya qurudan hücum edib, fələstinlilər qaçır

 

İsrail ordusu Qəzza şəhərinə genişmiqyaslı qurudan hücuma başlayıb. Ordudan verilən açıqlamada bildirilib ki, şəhər hazırda HƏMAS-ın əsas qalası hesab olunur və əməliyyatlar zolağın ən böyük yaşayış məntəqəsinə doğru “tədrici irəliləyiş” kimi aparılır.

 

Qəzzadakı müxbirlər xəbər verir ki, İsrailin döyüş təyyarələrinin intensiv hava zərbələri nəticəsində sakinlər gecə hücumlarını “cəhənnəm” adlandırıblar.

 

İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza şəhərinə nəzarəti ələ keçirmək planı ötən ay elan ediləndə beynəlxalq tənqidlərə səbəb olub.

 

Şiddətli bombardman səbəbindən şəhəri tərk edən fələstinlilərdən biri BBC-yə açıqlamasında bildirib: “Hər şeyi geridə qoymaq indiyə qədər verdiyim ən çətin qərar idi".

 

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini açıqlayıb. İsrailin Xarici İşlər Nazirliyi isə hesabatı qəti şəkildə rədd edərək, onu “təhrif edilmiş və yalan” adlandırıb.

 

BBC

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər