İsrail Tehrana yenidən zərbələr endirir
İsrail Müdafiə Qüvvələri Tehrana yeni zərbələr seriyasına başladığını bəyan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.