00:00:00
Yazar
Admin User
16.06.2025 18:17 115 1 dəq oxuma
Dünya

İsrail Tehranı bombalayıb, İran Dövlət Televiziyası vurulub

İsrail Tehranı bombalayıb, İran Dövlət Televiziyası vurulub

 

Bu hücumdan əvvəl İsrailin Müdafiə Naziri İsrael Katz xəbərdarlıq edib ki, İranın dövlət radio və televiziyası “tezliklə məhv ediləcək”.

 

İyunun 16-da günorta saatlarında bəyanatla çıxış edən İsrailin Baş Naziri Benyamin Netanyahu Tehran əhalisini “təxliyə” çağırıb.

 

Netanyahu həmçinin ölkəsinin hava qüvvələrinin Tehran üzərində hava nəzarəti qurduğunu iddia edib.


Netanyahunun ardınca İsrail Ordusu Tehranın üçüncü rayonunun sakinlərinə ərazini “dərhal” tərk etmələri üçün “təcili xəbərdarlıq” edib. İranın paytaxtı Tehranın bəzi hissələrinin hədəfə alınacağı ilə bağlı açıqlamadan sonra şəhərin yollarında qaçış nəqliyyatı formalaşır.

 

Tehranın qərbindəki kazarmanın da vurulduğu bildirilir.
Tehran 22 ayrı rayona bölünür və üçüncü rayon şəhərin şimal-şərqində yerləşir.Şəhərin rəsmi saytının məlumatına görə, ərazidə 330 mindən çox insan yaşayır.

 

BBC NEWS
Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər