İsrail Trampın Qəzza planı ilə bağlı danışıqlar üçün nümayəndə heyəti hazırlayır
İsrailin danışıqlar qrupu ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını həyata keçirmək üçün danışıqlarda iştirak etmək üçün nümayəndə heyətini göndərməyə hazırlaşmaq əmri alıb. Bu addım İsrail qüvvələrinin Qəzzaya hücumunu dayandırdıqdan sonra atılıb.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail və Fələstin arasında illər ərzində atəşkəs elan olunub:
"Yaxın Şərqdə baş verən hadisələrin arxasında Birləşmiş Ştatların himayəsi durur. Amerika Birləşmiş Ştatları İsrailə siyasi və hərbi dəstəyi verməsəydi, İsrail Yaxın Şərqdə bu cür aqressiv siyasət həyata keçirə bilməzdi. Hazırkı vəziyyət elə bir həddə gəlib ki, İsrail Fələstin məsələsində Qəzzada soyqırım siyasəti həyata keçirir. Bu soyqırım siyasəti nəticəsində təxminən 100 minə yaxın dinc sakin həlak olur və beynəlxalq ictimaiyyət İsrailin bu cür aqressiv siyasətini qəbul etmir. Hətta İsrailin baş naziri Birləşmiş Millətlər Təşkilatının toplantısında çıxış edərkən yüzə yaxın dövlətin nümayəndəsi onun çıxışını boykot etdi. Bu artıq çox artıqdır. Bu davranış beynəlxalq ictimaiyyətin həm Birləşmiş Ştatlara, həm də İsrailə mesajı idi. Bu baxımdan Trampın atdığı vasitəçilik siyasəti bölgədə stabilliyi yaratmaq görüntüsü yaradır. Əslində Trampın bu addımı beynəlxalq gərginliyi və beynəlxalq ictimaiyyətin narazılığını bir qədər yumşaltmaq məqsədi daşıyır. İsrail və Fələstin arasında illər ərzində bir çox atəşkəs elan olunub. Nəticədə atəşkəs pozularaq İsrail Fələstinin ərazisini işğal edir. İsrailin baş naziri bu yaxınlarda əlində “tarixi sənəd” olduğunu bildirərək vəd olunmuş torpaqları əldə edəcəyini bəyan etdi. Bu nə deməkdir? Bu, o deməkdir ki, İsrail bölgədə “Böyük İsrail” siyasətini aparır, işğalçılıq siyasəti təkcə Fələstinlə və Qəzzayla məhdudlaşmır, ümumilikdə qonşularla da gərginlik yaratmağa yönəlib. Bu, hardasa yeddiyə yaxın dövlətlə münaqişə ərəfəsində olmaq deməkdir,o cümlədən Suriyanın və Liviyanın torpaqlarını işğal edərək ərazisini genişləndirmək niyyəti gündəmdədir. Dünya yəhudi lobbisinin şüarı var: böyük İsrail dövləti yaratmaq. İsrailin baş naziri isə bu siyasəti həyata keçirir,yəni ümumdünya yəhudi lobbisinin proqramını icra etmək. Bölgədə böyük bir yəhudi dövləti yaratmaq, İsrail dövlətinin torpaqlarını qonşu müsəlman dövlətlərinin hesabına genişləndirmək məqsədi daşıyır və indiki Trampın sülh missiyası sadəcə görüntüdür. İsrailin baş nazirinin apardığı siyasət soyqırım kimi qiymətləndirilərək Trampın adını da hallandırır.Tramp açıq şəkildə İsraili dəstəklədiyinə görə beynəlxalq ictimaiyyətin qınağına məruz qalıb.Sadəcə, beynəlxalq ictimaiyyətin fikrini dəyişmək və gərginliyi yumuşaltmaq üçün Tramp danışıqlar masası yaradaraq təkliflərlə çıxış edir,məsələn, bölgədə atəşkəs yaradılması təklifləri".
Ekspertin sözlərinə görə, bu cür davranışlar görüntüdür:
"İsrail müvəqqəti atəşkəsə razılıq versə də, bir müddət sonra müxtəlif bəhanələrlə atəşkəsi pozaraq yenidən Qəzza və Fələstinin digər torpaqlarını işğal etmək niyyətində olacaq. Çünki ümumdünya yəhudi lobbisinin proqramı İsraildə kim hakimiyyətə gəlməsindən asılı olmayaraq davam etdirilir və bu siyasətin ən radikal addımlarını indiki baş nazir icra edir.
Ümumilikdə “Böyük İsrail” proqramı ümumdünya yəhudi lobbisinin proqramını həyata keçirərək bölgədə böyük bir yəhudi dövləti yaratmaq məqsəddir. Müvəqqəti atəşkəs sadəcə görüntüdür. Mən hesab edirəm ki, İsrailin siyasi hakimiyyəti bir müddətdən sonra “terrorla mübarizə” və “özünümüdafiə” adı altında müxtəlif bəhanələr gətirərək yenidən atəşkəsi pozacaq və yeni torpaqlar əldə edəcək. Bu münaqişənin son qoyulması üçün mütləq şəkildə İsraili dünya siyasətindən təcrid etmək, ona qarşı beynəlxalq sanksiyalar tətbiq etmək və Qəzzada aparılan soyqırımla bağlı hərbi cinayətlər üzrə hərbi tribunal yaratmaq lazımdır. İsrailin indiki baş nazirinin də hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi barədə qərarlar qəbul edilməlidir. Bu cür addımlar həm də İsrailin gələcək siyasi hakimiyyətinə mesaj olardı ki, belə davranışlara son qoyulmasa, oxşar aqibət onları da gözləyə bilər. Amerikanın apardığı “sülh missiyası” isə məncə görüntüdür və beynəlxalq ictimaiyyətin gərginliyini azaltmağa hesablanıb".
Xədicə Məhərrəmli
