İsrail və ABŞ hədəflərinə son hücum dalğası münaqişə başlayandan bəri ən güclüsü olub
Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombardman etməsi regionda münaqişənin eskalasiyası başlayandan bəri İslam Respublikasının ən irimiqyaslı hücumu olub.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.
"Bu gecə həyata keçirilən "Gerçək vəd - 4" əməliyyatının sonuncu - 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən irimiqyaslı əməliyyatı olub", - televiziya qeyd edib. Məlumata görə, raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən bir neçə hücum azı üç saat çəkib.