00:00:00
Yazar
Admin User
04.10.2025 11:51 110 1 dəq oxuma
Dünya

İsrail və HƏMAS Misirdə danışıqlara başlayacaq

İsrail və HƏMAS Misirdə danışıqlara başlayacaq

İsrail və HƏMAS ABŞ-nin vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.


ABŞ-dən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək.

 

Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner də danışıqlara qatılsın.

 

Qeyd edək ki, HƏMAS bütün israilli girovları azad etməyə və Qəzza zolağının idarəsini müstəqil bir quruma təhvil verməyə hazır olduğunu bəyan edib. Həmçinin vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa razılığını da bildirib.


Əlavə edək ki, danışıqların mövzusu Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilməsi olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər