00:00:00
Yazar
Asiman Vəliyeva
17.04.2026 17:26 29 2 dəq oxuma
Siyasət

İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunub

İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunub

İsrail və Livan arasında gərginliyin azaldılması istiqamətində mühüm addım atılıb. ABŞ Prezidenti Donald Trump sosial şəbəkədə paylaşım edərək tərəflər arasında 10 günlük atəşkəs razılaşmasının əldə olunduğunu bildirib. Razılaşmanın bölgədə sabitliyə necə təsir edəcəyi isə diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İsrail və Livan arasındakı atəşkəs həssasdır və əsasən Hizbullahın silahı yerə qoyması üçün danışıqlar üçündür:


“Lakin Hizbullahın məsələsi isə İran və ABŞ danışıqlarından asılıdır. Əgər razılıq olmasa İran Hizbullaha mövqeyini dəyişməyə imkan verməyəcək. Lakin ABŞ və İran arasında müəyyən anlaşma baş verərsə, bu razılığın pozulmaması üçün Hizbullah müəyyən qədər taktiki geri çəkilə bilər. İsrail çalışır ki, Hizbullaha qarşı Livan ordusu ilə birgə müharibə aparsın. Çünki təşkilatının silahı yerə qoyması mümkün görünmür. Buna atəşkəs demək olmaz. Atəşkəs iki tərəfin qarışılıqlı müharibəsində əldə olunur. Burada isə yalnız İsrail Livana hücum edir. Livanın isə ordu potensialı İsrailə həlledici hücum həyata keçirib hətta atəşkəsə məcbur etmək iqtidarında deyil. Əgər Hizbullah ilə imzalansa idi bu müəyyən qədər anlaşılan olardı. Görünür burada sadəcə sənəd və elan lazımdır və əsas olan İsrailin son qətliamları unutdurmaq cəhdidir. Artıq təkcə Yaxın Şərqin deyil, bütün bəşəriyyətin bəlasına çevirmiş İsrail rejimi bölgəni tam ələ keçirmə planına dinamik şəkildə start verib. Uzunmüddətli sülhdən söhbət gedə bilməz. Yalnız İsrailin taktiki gedişdi olaraq müəyyən zaman kəsimində güc toplamaq üçün hələlik atəşkəs elan olunur. Qarşıda daha şiddətli müharibələr, daha dəhşətli soyqırımı aktları gözlənilir. Çünki İsrailin dövlət ideologiyası, siyasəti, qəti və prinsipail mövqeyi bölgə ölkələrini işğal edib əhalisini də ya qırmaq ya da sürgün etməkdir. Bu proseslər ərəfəsində icra olunan danışıqlar, atəşkəslər hamısı müvəqqəti, İsrailin nəfəsini dərməsi üçündür”.

 

Gövhər Mehyəddinova

#azərbaycan #elan #yeni #baki #atəşkəs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər