00:00:00
Yazar
Admin User
22.08.2025 10:29 90 1 dəq oxuma
Dünya

İsrail və Suriya arasında sülh sazişi imzalanır?

İsrail və Suriya arasında sülh sazişi imzalanır?

İsrail və Suriya arasında sentyabrın 25-də ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalana bilər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

 

Məlumata görə, saziş Suriya Prezidenti Əhməd əş-Şaranın BMT Baş Assambleyasında ilk çıxışını etməsindən bir gün sonra imzalanacaq.

 

Bildirilib ki, sözügedən saziş İsrail və Suriya arasında olan gərginliyi azaltmaq məqsədi daşıyacaq. Lakin yaxın gələcəkdə iki ölkə arasında genişmiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilmir.


Suriya hökuməti yayılan məlumatları təkzib edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər