00:00:00
Yazar
Admin User
25.09.2025 16:45 98 1 dəq oxuma
Dünya

İsrail Yəmənin paytaxtı Sənanı bombalayıb

İsrail Yəmənin paytaxtı Sənanı bombalayıb

İsrailin Yəmənin Husilərin nəzarətində olan paytaxtı Sənaya endirdiyi hava zərbələri zamanı eşidilən partlayışlardan tüstü yüksəlib. Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin liderləri və yüksək səviyyəli nümayəndələrinin Nyu-Yorkda bir araya toplandığı BMT Baş Assambleyasının 80-ci iclasında reaksiyaların mərkəzində olan İsrail növbəti dəfə Yəmənə zərbə endirib.

 

İsrail mediası hücumun Husi liderinin həftəlik çıxışı zamanı baş verdiyini bildirib. İsrail hərbi mənbələrinin məlumatına görə, Yəməndəki hücum İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən birgə həyata keçirilib.

 

Bu arada Yəməndəki husilər dünən İsrailin cənubundakı Eylat şəhərinə pilotsuz təyyarə ilə hücum edib. Hücum nəticəsində 22 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti Yəməndəki husilər öz üzərinə götürüb. Husilərin hərbi sözçüsü Yəhya Seri, "Əməliyyat bir sıra dronlardan istifadə edilərək həyata keçirilib və məqsədlərinə uğurla çatıb",-deyib.

 

Haberler 

Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər