İsrail zülmü ilə daha da təklənir
Prezident Ərdoğan, "Baş Assambleyada bir daha gördük ki, İsrail zülmü və insanlığa qarşı cinayətləri ilə daha da təcrid olunmağa başlayıb. Şükürlər olsun ki, ədalət və vicdan müdafiəçiləri olaraq bu gün dünənkindən daha güclüyük. Fələstin davası bu gün dünənkindən çox daha tanınır".
Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasına qatıldıqdan sonra ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda danışıqlar apardıqdan sonra vətənə qayıdıb.
ABŞ-yə səfərindən sonra təyyarədə jurnalistlərlə söhbət edən Ərdoğan BMT-yə üzv ölkələrdən çoxsaylı dövlət və hökumət başçılarının da iştirak etdiyi Baş Assambleya iclaslarında Türkiyənin güclü iştirak etdiyini bildirib.
TRT haber
Gülcan Salahova