00:00:00
Yazar
Admin User
21.10.2024 17:06 239 1 dəq oxuma
Dünya

İsraildə "İrana casusluq etmək" iddiası ilə 7 nəfər həbs edilib

İsraildə "İrana casusluq etmək" iddiası ilə 7 nəfər həbs edilib

İsraildə "İrana casusluq etdiyi" iddia edilən 7 nəfərin həbs edildiyi bildirilib. Həbs edilənlərin hamısı İsrail vətəndaşlarıdır.

İsrail prokurorluğundan verilən açıqlamada həbs edilən 7 nəfərin İsraildəki bəzi hərbi bazalarla bağlı məlumat topladığı iddia edilib.

“İrana casusluq”da ittiham olunan şəxslərin Tel-Əvivdəki Müdafiə Nazirliyinin şəhərciyi, İsrail ordusuna aid iki hava bazası və “Dəmir günbəz” batareyalarının yerləşdiyi nöqtələrlə bağlı fotoşəkillər çəkdiyi və məlumat topladığı iddia edilib.

Həbs edilən şəxslərdən bəzilərinin 2 ildir “İrana casusluq” etdiyi iddia edilən açıqlamada sözügedən 7 nəfərin hamısının İsrail vətəndaşı olduğu və hərbi xidmətdən fərarilik edən bir nəfərin olduğu bildirilib.

Mənbə: Habertürk
Elnurə Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər