İsraildən daha yeni bir zərbə
İsrail ordusu (ÇAXAL) bu gün Qəzzada HƏMAS tərəfindən istifadə olunan daha bir çoxmərtəbəli binaya zərbə endirilib.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlama verib ki,İsrailin hədəfi Qəzza zolağını müsəlmansızlaşdırmaqdır:
“Ona görə də ,bu soyqırıma davam edir.HƏMAS bəhanədir,bunu da açıq olaraq bildirirlər.İllər boyu Fələstinin torpaqlarını hektar-hektar satmaq istəyiblər.Ordaki müsəlmanları qovub yəhudiləri yerləşdirmək istəyirlər.Ama müsəlmanlar müqavimət göstəriblər.Bəlkə də,tarixdə göstərilməyən müqavimətdir.İnsanlar bombaların altından belə qaçmırlar.Bu isə İsraili qızışdırır.
Yenə qeyd edirəm,HƏMAS bəhanədir.HƏMAS da tunellər də gizlənib zərbələr endirir,onu da məhv edə bilməyiblər,müsəlmanları da qova bilmirlər.Amma görünür ki,hədəflərindən əl çəkmək istəmirlər.İctimaiyyət bunu görüb susur,heç nə etmir və edən də deyil.Ancaq müsəlman ölkələr bunun qarşısını ala bilər.Amma yarısı Amerikanın qorxusundan heç nə edə bilmirlər.Belə bir acınacaqlı vəziyyət yaranıb.Amma mənim fikrimə görə,İsrail hədəfinə çata bilməyəcək.Bu müharibədə müsəlmanlar qalib gələcək”.
Cavahir Əsgərbəyli