İsrailin 10 dəqiqəlik bombardmanı: Livanda məhəllələr dağıldı
2026-cı il aprelin 8-də, yerli vaxtla saat 14:15-də İsrail Livan ərazisinə genişmiqyaslı hava zərbələri endirib.
Hücum Donald Trump tərəfindən ABŞ, İsrail və İran arasında döyüşlərin dayandırılması məqsədilə atəşkəs elan olunmasından cəmi bir neçə saat sonra baş verib.
İsrail tərəfi bildirib ki, 10 dəqiqə ərzində 100 hədəfə zərbə endirilib. Nəticədə Livanda bir sıra yaşayış məntəqələri və məhəllələr ciddi dağıntılara məruz qalıb.
Bu hadisə regionda gərginliyin azalacağına dair gözləntiləri zəiflədib və İranla bağlı münaqişədə mümkün fasilənin davamlı olmayacağı ilə bağlı narahatlıqları artırıb.
BBC News
Gövhər Mehyəddinova