00:00:00
Yazar
Admin User
12.09.2025 17:03 103 2 dəq oxuma
Dünya

İsrailin Doha zərbəsi

İsrailin Doha zərbəsi

İsrail ordusunun Qətərin paytaxtı Dohada Həmas-ın ali rəhbərliyinə qarşı həyata keçirdiyi hava zərbəsi Yaxın Şərqdə və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

 

Rəsmi Təl-Əviv hələlik əməliyyatın nəticələri barədə rəsmi açıqlama verməsə də, İsrail mediasına anonimlik şərti ilə danışan yüksək rütbəli məmurlar və hərbi mənbələr bildiriblər ki, görünür, Həmas-ın rəhbərliyini təşkil edən beş əsas şəxs – hərəkatın faktiki lideri Xalid Məşəl, Siyasi Büronun sədr müavini Xalil əl-Xayya, Maliyyə Bürosunun rəhbəri Zaher Cəbarin, Şura Məclisinin başçısı Məhəmməd İsmayıl Dərviş və Siyasi Büronun yüksək vəzifəli üzvü Nizar Avedallah – sağ qalıb. Bu məlumat İsraildə bəzilərində məyusluq yaratsa da, hökumət və ictimaiyyətin bir hissəsi əməliyyatı haqlı sayır və onun sırf hədəflərin fiziki məhvindən daha geniş strateji mesaj daşıdığını düşünür. Siyasi müşahidəçilər qeyd edirlər ki, əməliyyatın əsas məqsədlərindən biri Həmas-ın başqa ölkələrdə sığınacaq tapmaq imkanlarının məhdud olduğunu göstərmək idi. Təl-Əviv bu yolla həm Həmas-a, həm də onun himayədarlarına siqnal göndərir: heç bir ölkə terror təşkilatlarının tam təhlükəsizliyinə zəmanət verə bilməz. Bundan əlavə, bəzi analitiklərin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat vasitəsilə Türkiyəyə də sərt xəbərdarlıq göndərib. Çünki Ankara uzun müddətdir yüksək rütbəli Həmas liderləri üçün ikinci sığınacaq məkanı kimi tanınır və son aylarda İsrail–Türkiyə münasibətləri kəskin şəkildə pisləşib. Ekspertlərin qənaətinə görə, əgər prezident Rəcəb Tayyib Ərdoğan bu siqnalı qəbul edibsə, əməliyyatın mühüm siyasi məqsədlərindən biri artıq yerinə yetirilib.


BBC

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər