00:00:00
Yazar
Nərmin Həşimova
24.04.2026 22:15 18 1 dəq oxuma
Siyasət

"İsrailin hərbi-strateji qərarlarında ABŞ hələ də həlledici rol oynayır"- Politoloqdan AÇIQLAMA

"İsrailin hərbi-strateji qərarlarında ABŞ hələ də həlledici rol oynayır"- Politoloqdan AÇIQLAMA

İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkəsi İrana qarşı müharibəni davam etdirməyə hazırdır və bunun üçün yalnız Vaşinqtonun qərarını gözləyir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, bu bəyanat regionda gərginliyin növbəti mərhələyə keçmə ehtimalını artıran siyasi siqnaldır:

 

“ Lakin avtomatik olaraq genişmiqyaslı müharibə demək deyil. İsrael Katzın ritorikası daha çox çəkindirmə və təzyiq aləti kimi oxunur: həm İrana, həm də beynəlxalq aktorlara İsrailin əməliyyat hazırlığını nümayiş etdirmək məqsədi daşıyır. Bu tip açıqlamalar adətən danışıqlar fonunda mövqeləri sərtləşdirmək və qarşı tərəfi geri addım atmağa məcbur etmək üçün istifadə olunur. Bununla belə, yanlış hesablamalar və ya cavab zərbələri zənciri yaranarsa, lokal toqquşmaların daha geniş münaqişəyə çevrilməsi riski də real olaraq qalır.

ABŞ amilinə istinad İsrailin hərbi-strateji qərarlarında ABŞ-nin rolunun hələ də həlledici olduğunu göstərir. Bu, təkcə hərbi koordinasiya deyil, həm də siyasi legitimlik və regional balans baxımından vacibdir. Vaşinqtonun “yaşıl işığı” olmadan genişmiqyaslı əməliyyatların başlaması İsrail üçün həm diplomatik, həm də təhlükəsizlik baxımından əlavə risklər yaradır. Bu səbəbdən ABŞ-nin mövqeyi faktiki olaraq əməliyyatların miqyasını və zamanlamasını müəyyən edən əsas dəyişən kimi çıxış edir”.


Nurgün Qənizadə

#İsrail #İran #ABŞ #zərbə #qərar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər