00:00:00
Yazar
Admin User
16.06.2025 18:07 114 1 dəq oxuma
Dünya

İsrailin hücumu zamanı efirdə olan İran televiziyasında tavan tökülüb

İsrailin hücumu zamanı efirdə olan İran televiziyasında tavan tökülüb

İsrail Tehranda yerləşən İranın dövlət mediasına məxsus binalara hücum etdiyini bildirib. Hava hücumları birbaşa efir zamanı lentə alınıb. Studiyada tavandan qopan qalıqlar yerə tökülüb və aparıcı kameradan kənara çəkilib. İsrail ordusu bundan əvvəl Tehranın 3-cü rayonundakı bəzi sakinlərə ərazini tərk etməklə bağlı xəbərdarlıq edib. Həmin ərazilərdə “hərbi infrastruktur” hədəf alınıb.


Daha əvvəl İsrail ölkənin hava hücumlarına qarşı heç bir maneə olmadan Tehranda “tam hava əməliyyat nəzarəti” əldə etdiyini açıqlayıb. Bu, hücumların başlamasından dörd gün sonra baş verib. Digər tərəfdən, İran İsraili ölkənin qərbində yerləşən bir xəstəxananı vurmaqda ittiham edib. İran Səhiyyə Nazirliyi bildirir ki, cümə günündən bəri İsrailin hücumları nəticəsində azı 224 nəfər həlak olub. Gecə saatlarında isə İran raketləri yenidən İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini dəlib keçib. Cümə günündən bəri İsraildə ölənlərin sayı 24-ə yüksəlib.


BBC
Asiman Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər