00:00:00
Yazar
Admin User
13.06.2025 11:01 188 1 dəq oxuma
Sosial

İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv edib

İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.

 

“İnformator.az” bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.

 

Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:

 

Bakı-Lahor-Bakı (J2 145/146)


Bakı-Mumbay-Bakı (J2 059/060)


Bakı-Dammam-Bakı (J2 8205/8206).

 

Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

"Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər