İsrailin Müdafiə Naziri Kats Tehran əhalisini hədələyib
İsrailin Müdafiə Naziri Yisrael Kats, İranın İsraildə “mülki şəxsləri hədəf aldığını və bunun bədəlini Tehran sakinlərinin tezliklə ödəyəcəyini” bildirib.
Kats, sosial media hesabında paylaşdığı yazılı bəyanatda Tehran sakinlərini açıq şəkildə hədələyib.
İranın ali lideri Əli Xameneini hədəf alan Kats, Tehran rəhbərliyinin cavab hücumlarında “mülki şəxsləri hədəf aldığını” iddia edib.
İran xalqını hədələyən Kats, “Tehran sakinləri bunun bədəlini ödəyəcək, həm də tezliklə,” ifadəsini işlədib.
TRT HABER
Solmaz Muradova