İsrailin qanunsuz saxladığı 14 türk vətəndaşı Türkiyəyə qayıdır
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İsrail tərəfindən əl qoyulan yardım filosunda olan 14 türk vətəndaşı artıq Ürdünə keçib. Onların Ammandan hava yolu ilə Türkiyəyə dönəcəyi, digər iştirakçılarla birlikdə bütün türk vətəndaşlarının geri qayıdacağı qeyd olunub.
Qeyd edək ki, ümumilikdə 137 fəal təxliyə olunub. İsrail ordusu “Küresel Sumud Filosu”ndakı 480 fəalı beynəlxalq sularda qanunsuz saxlayıb. İlk gün 4 italyan parlament üzvü sərbəst buraxılıb, 36 türk vətəndaşı isə şənbə günü Türkiyə Hava Yollarının təşkil etdiyi uçuşla geri qaytarılıb.
“Küresel Sumud Filosu” İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə 1 oktyabrda yola çıxıb. Lakin İsrail ordusu onlarla gəmi və sərnişinləri qanunsuz şəkildə saxlayaraq yüzlərlə insanın azadlığını məhdudlaşdırıb.
TRT haber
Aysun Vəliyeva