00:00:00
Yazar
Admin User
10.09.2025 16:04 70 1 dəq oxuma
Dünya

İsrailin Qətərə zərbəsindən “məmnun deyiləm”

İsrailin Qətərə zərbəsindən “məmnun deyiləm”

Donald Tramp İsrailin Qətərdəki HƏMAS rəhbərliyinə endirdiyi zərbəyə narazılıq ifadə edib, lakin birbaşa qınamaqdan çəkinib. O, Qətərli həmkarlarına “belə bir hadisənin onların torpağında təkrarlanmayacağına” dair təminat verib.

 

Çərşənbə axşamı İsrail Hərbi Hava Qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın qərargahına hücum edərək qruplaşmanın ali rəhbərliyini zərərsizləşdirməyi hədəfləyib. Hakimiyyətin bildirdiyinə görə, bu hücum bazar ertəsi Qüdsdə avtobus sərnişinlərinə silahlı basqın edərək altı nəfəri öldürən terror aktına cavab idi.

 

Məlumata görə, İsrail qüvvələrinin hava zərbəsi HƏMAS Siyasi Bürosunun üzvlərinin Qəzza zolağında atəşkəs barədə ABŞ-nin təklifini müzakirə etmək üçün toplandıqları iqamətgahlara endirilib.

 

Euronews

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər