İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı 62 966-ya çatıb
2023-cü il oktyabrın 7-dən bəri İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 62 966 nəfərə yüksəlib. Yalnız son sutkada eksklavda İsrail hücumları nəticəsində 71 nəfər həyatını itirib. Bu barədə Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Nazirlik hücumların davam etdiyi bölgədə ölənlər və yaralananlarla bağlı son məlumatı təqdim edib.
Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 71 nəfərin cəsədi və 339 yaralı çatdırılıb.
İsrail ordusunun 19 yanvarda qüvvəyə minmiş atəşkəs razılaşmasının pozulduğu 18 martdan bəri həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 11 121-ə, yaralıların sayı isə 47 225-ə çatıb.
Anadolu Agency
Ayan Əsgərova