İsrailin Qəzzada quru əməliyyatı başlayır, fələstinlilər qaçır
İsrail ordusunun sentyabrın 16-da qurudan hücuma başlamasından bir gün ötür. Fələstinlilər Qəzza şəhərini tərk etməkdə davam edir. Çoxları sahil yolu ilə cənuba doğru gedir.
İsrail hökuməti avqustun əvvəlində Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, sentyabrın 16-da Qəzzada "güclü əməliyyat" başlayıb. Sentyabrın 17-də Qəzzada səhiyyə rəsmiləri İsrailin hücumları və qarşıdurmalarında ən azı 50 nəfərin öldüyünü bildiriblər.
İsrail və Həmas rəsmilərinin Qəzza şəhərini tərk edənlərlə bağlı rəqəmləri oxşardır. Müvafiq olaraq, 350-400 min insanın şəhəri tərk etdiyi təxmin edilir.
BBC News
Aytac İbrahimova