İsrailin Qəzzədə əsir cənazələrinin yerin müəyyənləşdirilməsi işlərini əngəlləyəcəyi iddia edilir
İsrailin Həmasın esir cənazələrinin təslimini gecikdirməsi ilə əlaqədar Qəzzədə Beynəlxalq Qızıl Xaç Təşkilatı (ICRC) və Kassam Taburlarının İsrailli esirlərin cənazələrinin yerini müəyyənləşdirmə işlərinə icazə verməyəcəyi irəli sürülüb.
İsrail dövlət televiziyası KAN-ın mənbələrinə görə, Tel-Əviv rəhbərliyi Həmasın silahlı qanadı İzzəddin əl-Kassam Taburları ilə ICRC nümayəndələrinin Qəzzədə "Sarı Xətt" adlanan bölgədə apardıqları işləri əngəlləmək qərarı alıb. Bu qərarın Həmasın İsrailli esirlərin cənazələrini təslim etməsini gecikdirmək məqsədi daşıdığı iddia edilir.
İsrail Həmasın dünən təslim etdiyi cənazənin Qəzzədə qalan 13 İsrailli əsirdən heç birinə aid olmadığını, əvvəlcə təslim edilmiş başqa bir əsirə aid qalıqlar olduğunu iddia edib. Bu isə əsir cənazələrinin yerinin müəyyənləşdirilməsi işlərinin çətinləşməsinə səbəb olur. Həmasla Qızıl Xaç heyətləri arasında əsir mübadiləsi razılaşması çərçivəsində aparılan axtarış işləri davam edir. Bölgəyə daxil olan ağır texnika ilə İsrail ordusunun nəzarətində olan ərazidə işlər aparılır və nəticələri regional və beynəlxalq səviyyədə diqqətlə izlənilir.
TRT haber
Aysun Vəliyeva