00:00:00
Yazar
Admin User
02.10.2025 17:20 88 1 dəq oxuma
Dünya

İsrailin Sumud Donanmasına hücumunu qınayıram

İsrailin Sumud Donanmasına hücumunu qınayıram

 

Prezident Rəcəb Tayyib Ərdoğan, “Qəzzada uşaqların aclıqdan öldüyü vəhşiliyə diqqət çəkmək və məzlum fələstinlilərə humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasını hədəf alan quldurluğu qınayıram”,- deyib

 

Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində partiyasının Genişləndirilən İl Sədr Yığıncağında çıxış edib.

 

Prezident Ərdoğan çıxışına Qəzzada uşaqların aclıq çəkdiyi vəhşiliyə diqqət çəkmək və məzlum fələstinlilərə humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanmasını hədəf alan quldurluğu qınamaqla başlayıb.

 

Ərdoğan, "İsrail hökumətinin beynəlxalq sularda üzən mülki şəxslərə qarşı bu hücumu, soyqırım kadrının Qəzzada insanlığa qarşı cinayətlərini gizlətməyə çalışdığı çılğınlığı bir daha sübut edib. Soyqırımçı Netanyahu hökumətinin sülhün bərqərar olması bir yana, belə bir ehtimalın ortaya çıxmasına belə dözümlü olmadığı görülüb" - deyib.


Gülcan Salahova

TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər