00:00:00
Yazar
Admin User
26.09.2025 10:33 122 2 dəq oxuma
Siyasət

İsrailin Suriya ilə danışıqlarında tələbləri

İsrailin Suriya ilə danışıqlarında tələbləri

İsrail Suriya ilə danışıqlarda ölkənin cənub-qərbinin demilitarizasiyası və suriyalı druzların təhlükəsizliyi üçün təminat tələb edir.


Bu barədə İsrail Baş nazirinin ofisinin məlumatında deyilir.


“Suriya ilə danışıqlar davam edir. Danışıqların başa çatdırılması İsrailin maraqlarının təmin edilməsindən asılıdır. Buraya Suriyanın cənub-qərbinin silahsızlaşdırılması və Suriyadakı druzların təhlükəsizliyinə zəmanət verilməsi daxildir”, - bildirib.


Mövzu ilə bağlı Ağ Partiya başqanının müavini, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Suriyadan olan tələbləri əslində Suriyadakı Əl-Şaara hökumətindən deyil, Türkiyədən tələb etmək deməkdir:


“Etiraf edək ki, Bəşər Əsədin göndərilməsindən sonra yeni qurulan Suriya hökuməti Türkiyənin “arxa baxça” rolunu oynayır və Suriya bir növ Türkiyənin çağırışı üzərində müstəqildir. Amma Türkiyə demək olar ki, böyük bir əyalət rolunu oynayır. Təbii ki, bu da istənilən halda diqqətdən kənar qalmır. Suriya kimi Yaxın Şərqdə aparıcı ölkələrindən biri, Türkiyənin nəzarətinə keçməsi bizləri sevindirməyə bilməz”.


Cavanşir Abbaslı qeyd edib ki, digər tərəfdən, İsrailin tələbləri dedikdə, İsrail güclü dövlət sayılır, müəyyən qədər ciddi, müasir silahlara sahibdir:


“Amma istənilən halda, Suriyadan bu tələbləri irəli sürmək bir qədər simvolikdir. Çünki Suriyanın arxasında Türkiyə- NATO-nun ikinci böyük ölkəsi dayanır.


Sadəcə dediyim kimi, İsrail Avropa güclərinin, daha doğrusu Amerikanın arxasına alaraq belə bir siyasi gediş həyata keçirir. Düşünürəm ki, bu tələblərin heç bir nəticəsi olmayacaq və regional balans da dəyişməyəcək. İndiki oturuşmuş vəziyyət davam edəcək.


Türkiyə artıq Yaxın Şərqdə təsir qüvvəsi olan əsas aparıcı ölkələrdən biri halına gəlib. Bu üstünlüyü sona qədər qorumağa çalışacaq və qoruyacaq”.


Cavanşir Abbaslı son olaraq açıqlamasında bildirib ki, Suriya-İsrailin gələcək münasibətlərini, Amerika və konkret olaraq Türkiyə hökumətləri müəyyən edəcək:


“Çünki dediyim kimi, Suriya Türkiyənin arxa baxça rolunu oynayır. İsrail isə Amerikanın.
Ona görə də onlar arasında münasibətlərin hansı səviyyədə olması Türkiyə və Amerika arasındakı münasibətlərdən asılıdır.


Hesab edirəm ki, indiki mərhələdə Türkiyə-Amerika münasibətləri yumşaq görünə bilər, amma məhz İsrail üzərindən “soyuq küləklər” əsir. “Soyuq küləklər” Qəzada baş verən insanlıq dramına ən çox təsir göstərir və bunun dayanılmasını tələb edən Türkiyə dövlətidir. İsrailə qarşı isə açıq şəkildə mövqe göstərir.


Onun üçün də Qəzada müharibə davam etdikcə, insanlar həlak olduqca və uşaqlar həyatlarını itirdikcə, Türkiyə və Amerika münasibətləri istədiyimiz səviyyəyə olmayacaq. İsrail ilə Suriya münasibətləri də qeyd etdiyimiz formaya çatmayacaq və aralarında gərginliklər davam edəcək”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər