00:00:00
Yazar
Admin User
02.05.2025 15:47 198 1 dəq oxuma
Siyasət

İsrailin vurduğu gəmi ilə bağlı

İsrailin vurduğu gəmi ilə bağlı

Gəmidə olan heyət və sərnişinlərin səhhəti yaxşıdır. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçel Qəzzanın blokadasını yarmaq istəyən “Azadlıq donanması” gəmisinə edilən hücumu şərh edərkən deyib.

 

O, hücumu qətiyyətlə pislədiyini bildirib:

 

“Hücumun detallarının ən qısa vaxtda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq”.

 

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail “Azadlıq donanması” gəmisinə Qəzza sahillərində PUA ilə hücum edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər