00:00:00
Yazar
Admin User
30.09.2025 18:45 93 1 dəq oxuma
Dünya

İsrailli alimlər və universitetlər misilsiz boykot dalğası ilə üz-üzə qalıb

İsrailli alimlər və universitetlər misilsiz boykot dalğası ilə üz-üzə qalıb

2023-cü ilin 7 oktyabrında Həmasın həyata keçirdiyi hücumdan sonra İsrail ordusunun Qəzza Zolağında başlatdığı hərbi əməliyyatlar beynəlxalq aləmdə ciddi reaksiyalara səbəb olub. Bu reaksiyaların nəticəsi olaraq İsrail alimləri və universitetləri misilsiz boykot dalğası ilə qarşılaşırlar.

 

Minə yaxın alim dünyanın aparıcı hissəcik fizikası laboratoriyası CERN daxil olmaqla İsrail universitetləri ilə əməkdaşlıqları yenidən nəzərdən keçirməyə çağıran bir müraciətə imza atıb. Məqsəd İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq ölkənin akademik mühitinə təzyiq göstərməkdir.

 

Avropanın bir sıra universitetləri xüsusilə Niderland, Belçika, İtaliya və İspaniyada yerləşən təxminən 30 ali təhsil müəssisəsi İsrail tərəfdaşları ilə ortaq layihələri dayandırıb və israilli tədqiqatçılara beynəlxalq seminar və konfranslarda iştirak etməyə icazə vermirlər. Bu addımlar tədqiqatçıların peşəkar fəaliyyətinə ciddi təsir göstərir və ölkənin elmi nüfuzuna zərbə vurur.

 

İsrailli alimlər bildirirlər ki, fərdi tədqiqatçılar siyasi qərarların məsuliyyətini daşımır, lakin beynəlxalq boykotlar onları elmi əməkdaşlıqdan təcrid edir və gələcəkdə tədqiqat imkanlarını məhdudlaşdırır. İsrail universitet rəhbərləri narahatdırlar, çünki bu boykotlar həm akademik əlaqələrə, həm də ölkənin elmi nüfuzuna ciddi təsir göstərir.

 

Le Monde

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər