İsrailli deputat soyqırım çıxışına görə parlamentdən uzaqlaşdırılıb
İsrail parlamentində müxalif Birgə Siyahı Partiyasından olan millət vəkili Ofer Cassif Təl-Əviv hökumətinin Qəzza zolağında soyqırım törətdiyini iddia edən məqaləni oxuduqdan sonra parlament kürsüsündən zorla çıxarılıb.Cassif dünən axşam parlament kürsüsündən çıxışının görüntülərini sosial şəbəkədə paylaşıb.
Cassif La Repubblica üçün tanınmış israilli yazıçı David Qrossmanın müsahibəsindən parçalar oxumağa başlayanda, İsrail deputatları qəzəblə reaksiya veriblər.
Qrossman müsahibəsində İsrailin Qəzzada soyqırım törətdiyini iddia edən açıqlamaları daxil etdikdən sonra, Kassif parlament rəsmiləri tərəfindən zorla tribunadan uzaqlaşdırılıb.
Cassif postunda onun tribunadan uzaqlaşdırılmasına reaksiya verərək bildirib ki, İsrail parlamentində tənqidə, hətta məqalələrdən sitat gətirməyə icazə verilmir.
İsrailli yazıçı Qrossman keçən həftə İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə, "İllər boyu 'soyqırım' ifadəsini işlətməkdən çəkindim, lakin Qəzzada gördüklərimdən və eşitdiklərimdən sonra səssiz qala bilmədim. Mən İsraili soyqırım törədən bir dövlət kimi təsvir etməmək üçün hər cür cəhd edən biriyəm".
TRT Haber
Xədicə Məhərrəmli