00:00:00
Yazar
Admin User
18.09.2025 11:22 96 1 dəq oxuma
Dünya

İsrailli nazirdən Qəzza ilə bağlı qalmaqallı açıqlama

İsrailli nazirdən Qəzza ilə bağlı qalmaqallı açıqlama

İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzanın işğalı və ilhaqını müdafiə edərək qalmaqallı açıqlama verib. O, bölgədə zəngin daşınmaz əmlak sərvəti olduğunu bildirərək bu “qənimətləri” ABŞ-lə paylaşacaqlarını deyib.


İsrailin KAN dövlət telekanalının xəbərinə görə, Smotriç “Daşınmaz Əmlak və Şəhərsalma Zirvəsi”ndə çıxışı zamanı Qəzzada qanunsuz məskunlaşmalarla bağlı suala cavab verib. Nazir vurğulayıb ki, “müharibə bitdikdən sonra bölgənin sərvətlərini amerikalılarla balanslı şəkildə bölüşmək lazımdır”.


Smotriç həmçinin ABŞ-nin Prezidenti Donald Trampın masasında Qəzza ilə bağlı “peşəkarlar tərəfindən hazırlanmış biznes planının” olduğunu iddia edib. Onun sözlərinə görə, söküntü mərhələsi artıq başa çatıb və indi bölgədə yeni tikinti mərhələsinə keçmək vaxtıdır.


TRT XƏBƏR
Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər