İstanbul məktəblərində dərslər bazar ertəsi saat 10:00-da başlayacaq
İstanbul Valiliyi şəhər daxilindəki məktəblərdə saat 10:00-dan 15:00-a kimi dərslərin keçiriləcəyini açıqlayıb.
İstanbul Valiliyi 2025-2026-cı tədris ilinin 8 sentyabr 2025-ci il bazar ertəsi günü başlayacağını hər kəsə xatırladan yazılı açıqlama verib.
Açıqlamada qeyd olunub ki, əyalət üzrə 3 milyon şagird və 171 min müəllim məktəbə qayıdacaq. "İlk gündən etibarən 17.000 məktəb avtobusu xidmətinin və uşaqlarını öz maşınlarında məktəbə aparmaq istəyən minlərlə valideynin yolda olacağı gözlənilir".
Bəyanatda vurğulanıb ki, məqsəd xüsusilə səhər saatlarında yarana biləcək nəqliyyat sıxlığının və məktəb avtobuslarının marşrutlarının müəyyən edilməsində yarana biləcək problemlərin qarşısını almaqdır. Bəyanatın davamında deyilir:
“Dərsin ilk günündə məktəb avtobusu və məktəb marşrutlarının müəyyən edilməsi ilə əlaqədar yarana biləcək nəqliyyatın hərəkətində yarana biləcək aksamaların qarşısını almaq üçün vilayətdəki dövlət və özəl ibtidai, orta və liseylərdə 8 sentyabr 2025-ci il bazar ertəsi günü saat 10:00-dan 15:00-a kimi dərs saatlarının keçirilməsi qərara alınıb”.
TRT XƏBƏR
Nəzrin Nəsirova