İstanbul təyyarəsində hadisə
İstanbul Sabiha Gökçen Hava Limanı reysini tamamlayan təyyarə dayanacaq yerinə çatmamış bəzi sərnişinlər ayağa qalxıblar. Kabin heyətinin xəbərdarlıqlarına məhəl qoymayan və daşqınlıq yaradan sərnişinlərə polis tərəfindən qayda pozan sərnişin proseduru tətbiq edilib.
Pegasus Hava Yollarının Sofiya-İstanbul reysini həyata keçirən təyyarə dünən axşam saatlarında İstanbul Sabiha Gökçen Hava Limanına enib. Əldə edilən məlumata görə, təyyarə dayanacaq yerinə doğru hərəkət edərkən bəzi sərnişinlər yerindən qalxıb.
Anonslara və kabin heyətinin xəbərdarlıqlarına məhəl qoymayan bəzi sərnişinlər yerlərinə oturmayıblar və səs-küy salıblar. Bunun üzərinə pilot polis qruplarını təyyarəyə çağırıb. Təyyarə dayanacaq yerinə çatdıqdan sonra polis əməkdaşları ayaqda olan sərnişinlərə qayda pozuntusu proseduru tətbiq ediblər.
Mülki Aviasiya Baş İdarəsi (SHGM), uçuş təhlükəsizliyini artırmaq məqsədilə yeni addım ataraq, enişdən sonra qaydalara əməl etməyən sərnişinlərə qarşı tədbirlər tətbiq edib. 2 may 2025-ci ildə yayımlanan “Sərnişin Elanları Ümumi Təlimatı” çərçivəsində, təyyarə tam olaraq dayanacaq mövqeyinə çatmadan və təhlükəsizlik kəməri işığı sönmədən ayağa qalxan sərnişinlərə inzibati cərimə tətbiq edilə biləcək.
Haber Global
Xəlilli Nigar