00:00:00
Yazar
Admin User
15.08.2025 12:35 104 1 dəq oxuma
Dünya

İstanbul üçün böyük təhlükə:

İstanbul üçün böyük təhlükə:

İstanbulda ən az 7,2 bal gücündə zəlzələ ehtimalı çox yüksəkdir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri türkiyəli seysmoloq Naci Görür deyib:

 

“Şimali Anadolu fay xətti dünyanın ən çox zəlzələ yaradan qırılma xətlərindən biridir. Bu qırılma harda qopsa, qərb hissəsini növbəti zəlzələ üçün hədəfə çevirir. 1999-cu ildə Kocaelidə qırılma baş verdi, qərbində də bizik. İstanbulda ən azı 7,2 bal gücündə zəlzələ ehtimalı çox yüksəkdir".

 

Onun sözlərinə görə, ən böyük dağıntı Avropa tərəfində olacaq, sahil bölgələri isə daha böyük risk daşıyır. 1766-cı ildəki son böyük zəlzələdən bu yana 250 ilin keçdiyini xatırladan Görür bu müddətin kritik olduğunu deyib:

 

“İstədiyiniz qədər dua edin, bu mexanizmi dayandıra bilməzsiniz. Zəlzələlər təbiətin dəyişməz qanunlarına görə baş verir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər