İstanbul və Adanada 5 CHP bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırılıb
Daxili İşlər Nazirliyi İstanbulun Avcılar, Büyükçekmece və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarında vəzifə yerinə yetirən 5 bələdiyyə sədrinin müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırıldığını açıqlayıb.
İstanbul Valiliyi iyunun 11-də İstanbulda üç rayon üzrə bələdiyyə sədr müavini seçkilərinin keçiriləcəyini açıqlayıb.
Daxili İşlər Nazirliyindən iyunun 5-də verilən yazılı açıqlamada, dayandırılmaların Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyələr Qanununun 47-ci maddəsi çərçivəsində həyata keçirildiyi bildirilib.
Vəzifəsindən kənarlaşdırılan bələdiyyə sədrləri və onlara qarşı irəli sürülən ittihamlar arasında "zorla qəsb" və "rüşvət almaq" ittihamlar yer almaqdadır. "Zorla qəsb” Türkiyə Cəza Məcəlləsində (TCK) dövlət məmuruna qarşı təsbit edilən cinayətdir. Bu cinayət dövlət məmurunun öz vəzifəsinin verdiyi səlahiyyət və nüfuzdan sui-istifadə etməsi və insanları buna məcbur etməklə fayda verməsi zamanı baş verir.
BBC NEWS
Səmayə Səftərova