İstanbulda küllü miqdarda metamfetamin ələ keçirilib
İstanbulun Esenyurt rayonunda narkotik ticarəti ilə məşğul olan şübhəli şəxslərə qarşı əməliyyatda 207 kq metamfetamin və 98 kq kimyəvi maddə ələ keçirilib, iki nəfər saxlanılıb.
Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, əməliyyatı İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinə bağlı qruplar həyata keçirib.
Daxili İşlər Naziri Ali Yerlikaya ,Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərə Qarşı Mübarizə İdarəsi, İstanbul İl Polis İdarəsi və İstanbul Narkotik Cinayətlər Mübarizə Şöbə Müdirliyi qruplarını əməliyyatın uğurlu həyata keçməsinə görə təbrik edib və vurğulayıb ki, "Narkotiklərlə apardığımız bu mübarizə gələcəyimizin təminatı olan gənclərimizi qorumaq üçündür”.
TRT XƏBƏR
Nərgiz Əzizli